Nərimanov Rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.
Tədbirdə RİHBA-nın məsul əməkdaşları, sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə dünyanın hələ də aktual problemlərindən biri olan korrupsiyanın ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, iqtisadi və sosial inkişafı ləngitdiyini bildirilib. Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu və ölkə rəhbəri Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırılıb.
Tədbirdə çıxış edənlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.