Nərimanov Rayon İcra Hakimiyyətində Nərimanov rayonu Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib.
İclasda qeyri-formal məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericiliyin tələblərinin yerinə yetirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası komissiyasının keçirilmiş iclaslarında verilmiş tapşırıq və tövsiyələrin nəzərə alınması və icrasının təmin olunması geniş müzakirə olunmuşdur.
İclası giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Nərimanov rayon Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri Zaur Hüseynov "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" nın səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən etdiyini bildirib. O həmçinin qeyri-formal məşğulluğun əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaratdığını vurğulayıb. Müzakirələr zamanı Dövlət Məşğulluq Agentliyinin Bakı Regionla Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Mehriban xanım Əliyeva və həmin şöbənin baş mütəxəssisi Elvin Mirzəyev, Azərbaycan Respublikası Əlillərə və aztəminatlı ailələrə ictimai dəstək fondunun direktou Gülbəniz Bayramova, Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev və digər Komitə üzvləri çıxış edərək, bu sahədə mövcud olan problemlərdən və maarifləndirmənin əhəmiyyətindən danışmış, məşğulluğunun təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı təklif və tövsiyyələrini bildirmişlər.
Müzakirələrin sonunda iclasın qərar layihəsi qəbul olunmuşdur.