Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətində payız–qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.

15 noyabr 2023 | 18:10

     Nərimanov Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.

    Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf etdiyini,  kommunal xidmət
sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində önəmli işlərin görüldüyünü bildirmişdir. Eyni zamanda, payız-qış mövsümü ilə əlaqədar rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar, qum və duz tədarükü edildiyi qeyd olunaraq, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi vurğulanmışdır.

     İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən 2023-2024-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi ilə əlaqədar ayrı-ayrı rayonlarda müşavirələrin keçirildiyi vurğulanmış, bu sahədə zəruri tədbirlərin görülməsi qeyd olunmuşdur.    
       Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər