Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə səyyar görüş keçirib.
01 oktyabr 2026 | 17:44
Nərimanov rayonunda yerləşən 202 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib. Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Görüşdə sakinlər tərəfindən qaldırılan, onları narahat edən müxtəlif məsələlər dinlənilmiş qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.






