Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilib.

15 noyabr 2024 | 11:06

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.

Görüşdə çıxış edən RİH başçısı ölkəmizin bütün bölgələrində, o cümlədən Nərimanov rayonunda ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə əsasən həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açaraq, bütün görülən işlərin vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində müəyyən edilən əsas hədəflərdən biri olduğunu qeyd edib.

Görüşdə sakinlər onları narahat edən məsələlər və digər sosial problemlərlə bağlı müraciət etmişlər. RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.

Sakinlər vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər