Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirib

08 iyun 2022 | 17:31

Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli  məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə Nərimanov rayonu 193 saylı tam orta məktəbdə səyyar qəbul keçirib.

Keçirilən görüşdə rayon rəhbərliyi, RİHBA-nın  məsul şəxsləri, Sahə İnzibati Ərazi  Dairəsi üzrə nümayəndəliklərin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirakı ediblər.

Qəbulda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə ərazisində aparılan quruculuq işlərindən söz açıb. İcra başçısı sakinlərə cənab Prezidentin tapşırığı ilə rayon ərazisində inşa olunan yeni  “Asan xidmət” mərkəzi və əsaslı restavrasiya işlərindən sonra yenidən fəaliyyətə başlamış, şəhərimizin unikal memarlıq tikililərindən biri olan “Şərq Bazarı” ticarət mərkəzi barədə ətraflı məlumat verib.

Daha sonra qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətləri fərdi qaydada dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər