Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirib.

04 may 2023 | 10:53

Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli  məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə Nərimanov rayonu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətov adına 291 nömrəli Ekologiya Liseyində səyyar qəbul keçirib. Keçirilən görüşdə rayon rəhbərliyi, RİHBA-nın  məsul şəxsləri, Sahə İnzibati Ərazi  Dairəsi üzrə nümayəndəliklərin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirakı ediblər.

Qəbulda çıxış edən icra başçısı, Möhtərəm cənab Prezidentin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerində öyrənilməsinə və operativ həllinə geniş imkan yaratdığını bildirib.

Daha sonra sakinlər fərdi qaydada dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür. 

Qəbulda iştirak edən sakinlər vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər