Nərimanov rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar görüş keçirib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə səyyar qəbul keçirib. S.C.Pişəvəri adına gimnaziyada baş tutan görüşdə RİH-in məsul şəxsləri ilə yanaşı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbulda çıxış edən İcra başçısı görüşdə iştirak edən sakinləri xalqımızın milli bayramı olan Novruz bayramının gəlişindən xəbər verən “Od çərşənbəsi” münasibətilə təbrik edib, onlara xoş arzuarını çatdırıb, bundan əlavə icra başçısı bütün qadınları qarşıdan gələn 8 Mart – Beynəlxalq qadınlar gene münasibətilə səmimi qəlbdən təbrik edib.
Daha sonra qəbula gələn vətəndaşlar RİH başçısı tərəfindən fərdi qaydada dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara görə ölkə rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.