Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib.

07 oktyabr 2022 | 18:00

Təfəkkür Universitetinin akt zalında sakinlərlə keçirilən səyyar görüşdə rayon rəhbərliyi, RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi  Dairəsi üzrə nümayəndəliklərin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirakı ediblər. Səyyar görüşdə RİH başçısı çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin əhalinin sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. RİH başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin Möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırmışdır.

Daha sonra sakinlərin müraciət, təklif və şikayətləri fərdi qaydada dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər