Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub.
Açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri və prokurorluq əməkdaşları iştirak edib.
Tədbir iştirakçıları yeni inzibati binanın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının istifadəyə verilməsinin Möhtərəm Prezident cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğının göstəricisi olduğu vurğulanıb.
Tədbir iştirakçıları Nərimanov rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olublar.
Sonda xatirə fotoşəkli çəkilib.