Nərimanov rayonunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov təşkilatının sədri Elçin Quliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayon Prokuroru Hidayət Nuralibəyov və prokurorluq əməkdaşları iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Təbirdə çıxış edən natiqlər prokurorluq orqanlarının ölkəmizdə qanunun aliliyinin təmin olunmasında, eyni zamanda vətəndaşların hüquq və qanuni mənafelərinin qorunmasında mühüm rol oynadığını qeyd ediblər. Onlar, prokurorluq əməkdaşlarının üzərinə məsuliyyətli və şərəfli vəzifələr düşdüyünü bildirərək, prokurorlu əməkdaşlarının peşəkarlığının, prinsipiallığının və qanuna sədaqətinin dövlətçilik maraqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonda Nərimanov rayon Prokurorluğu kollektivini peşə bayramı münasibəti ilə təbrik edərək, onlara möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzu olunub.






