Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda tədbir keçirilib.

01 fevral 2023 | 17:39

Nərimanov  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda gənclərlə görüş keçirildi.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Rayon Ağsaqqalar Şurasının sədri Arif Hümbətov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayonun ictimai-siyasi həyatında, elm, mədəniyyət və təhsil sahələrində fərqlənən gəncləri və rayon ictimaiyyətinin nümayəndələri tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirdi ki, “2 fevral – Azərbaycan Gəncləri Günü” gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirildi. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. İcra Hakimiyyətinin başçısı diqqətə çatdırdı ki, ölkə gənclərinin yüksək vətənpərvərlik ruhunda tərbiyəsinin nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi ilə minlərlə gəncimiz işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad etdi.

Digər natiqlər öz çıxışlarında bildiriblər ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni dövrünü yaşayır. Ölkəmizdə gənc nəslə diqqət və qayğı, onların problemlərinin həlli, cəmiyyətdə layiqli təmsil olunmaları  üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Eyni zamanda bildirilib ki, Azərbaycan gənclərinin inkişafında böyük rol oynayan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr və gördüyü işlər bütün sahələrdə olduğu kimi Azərbaycan gənclərinin uğurlu gələcəyinin təmin olunmasına da öz böyük töhfəsini verməkdədir.

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında, təhsil, idman, elm, mədəniyyət və digər sahələrdə fərqlənən bir qrup fəal gənc fəxri fərmanlarla təltif olundu.

Keçidlər