Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “2 iyul – Azərbaycan Polisi Günü” münasibəti ilə tədbir keçirildi.

02 iyul 2023 | 17:29

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Hüquq-Mühafizə orqanlarının, Polis İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxış edərək polis əməkdaşlarını Polis Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çoxsahəli islahatlar çərçivəsində daxili işlər orqanlarının maddi-texniki bazasının, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəldilməsi üçün bütün lazımi tədbirlər görülür. Tədbirdə natiqlər ictimai asayişin və təhlükəsizliyin təmin olunmasından polisin uğurlu və əhəmiyyətli fəaliyyətindən danışmışlar.

Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı hədiyyələr və fəxri fərmanlarla təltif olundular.

Keçidlər