Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunub.

02 iyul 2024 | 17:40

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon hüquq-mühafizə orqanlarının, Polis İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edənlər tədbir iştirakçılarını Polis Günü münasibətilə təbrik edərək, Ulu Öndərin qətiyyəti, müdrikliyi, Möhtərəm cənab Prezidentin fenomenal siyasəti sayəsində ölkəmizin uzun illərdir ki, dünya miqyasında ən sabit ölkələrdən biri olduğunu vurğulayıblar.  İctimai asayişin və təhlükəsizliyin təmin olunmasında polisin uğurlu və əhəmiyyətli fəaliyyətindən söz açıblar.

Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı hədiyyələr və fəxri fərmanlarla təltif olunublar.

Keçidlər