Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda 20 yanvar faciəsinin 34-cü il dönümü ilə əlaqədar tədbir keçirilib.

19 yanvar 2024 | 17:18

Nərimanov rayon İcra Hakimiyyətində 20 Yanvar facəsinin otuz dördüncü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Elgin Həbibullayev, Aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin və ağsaqqallar şurasının sədrləri, 20 yanvar şəhidlərinin ailə üzvləri, əlillər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun və erməni hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı zamanı ölkəmizin müstəqilliyi uğrunda qəhrəmanlıqla şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb. Qeyd olunub ki, faciənin səhəri günü, 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev sovet rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı aksiyanı pisləyən bəyanatla çıxış edib. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, faciə zamanı şəhid olmuş insanların ailələrinin və əlil olmuş insanların sosial müdafiəsi gücləndirilib.

Tədbirdə iştirak edən 20 Yanvar Şəhid ailələrinin və əlillərinin problemləri dinlənilib, onlar Azərbaycanın inkişafı, tərəqqisi və qüdrətlənməsi yolunda böyük əmkarlıqla çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər