Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda 20 yanvar faciəsinin 35-ci il dönümü ilə əlaqədar tədbir keçirilib.

20 yanvar 2025 | 11:51

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Aparatının məsul şəxsləri, Rayon Ağsaqqallar Şurasının sədri, 20 yanvar şəhidlərinin ailə üzvləri, əlillər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycanın müstəqilliyi, Azərbaycan xalqınını azadlığı və Respublikamızın ərazibütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən natiqlər 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə ölkəmizin müstəqilliyi uğrunda qəhrəmanlıqla şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildiyi vurğulanıb. 

Tədbirdə iştirak edən 20 Yanvar Şəhid ailələrinin və əlillərinin problemləri dinlənilib. Onlar ölkə rəhbərliyi tərəfindən göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər