Nərimanov rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Millət vəkilləri Hikmət Babaoğlu, Samir Vəliyev, Rasim Musabəyov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov Ağsaqqallar şurasının sədri Arif Hümbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Tədbird Nərimanov rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair videoçarx nümayiş olunub
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev tədbirdə geniş məruzə ilə çıxış edərək, 2025-ci il üzrə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran prioritetlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmizdə inkişaf və tərəqqi ili olmuşdur. Dövlət başçısının siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilmiş, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Bu inkişaf Nərimanov rayonunda da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, şəhərsalma və abadlıq işlərinin sürətləndirilməsinə imkan yaratmışdır.
İclasda YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, millət vəkilləri Hikmət Babaoğlu, Rasim Musabəyov, Samir Vəliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və Vətən Müharibəsi qəhrəmanı, şəhid Azad Hümbətovun atası, Nərimanov Ağsaqqallar şurasının sədri Arif Hümbətov çıxış edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.








