Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda 27 sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

25 sentyabr 2026 | 14:33

Aksiyada Nərimanov Rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin, həmçinin müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən aksiyada Abşeronun iqliminə uyğun ağaclar əkilib.

Aksiya çərçivəsində ərazidə əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.

Keçidlər