Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda 27 sentyabr - Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

26 sentyabr 2025 | 17:01

Aksiyada Nərimanov Rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin, həmçinin müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən aksiyada Abşeronun iqliminə uyğun ağaclar əkilib.

Aksiya çərçivəsində ərazidə əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.

Keçidlər