Nərimanov rayonunda 27 sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil edilib.
Məclisdə Nərimanov rayon rəhbərliyi, Millət vəkilləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyüynün müdafiəsinə qalxan və doğma Qarabağımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan oğullarımızın şücayətindən, vətənə olan sədaqətindən söz açaraq, onların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyib. Onlar, qəhrəman oğullarımızın fədakarlığı və Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin dahi rəhbərliyi ilə qazanılan Qələbənin Azərbaycan şanlı tarixinə qızıl hərflərlə həkk olunduğunu vurğulayıb.
Tədbirdən sonra Vətən müharibəsi memorial kompleksi ziyarət olunmuş, şəhidlərin əziz xatirəsi yad edilmişdir.