Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda 27 sentyabr – Anım Günündə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil edilib.

25 sentyabr 2025 | 17:59

Məclisdə Nərimanov rayon rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan oğullarımızın şücayətindən, vətənə olan sədaqətindən söz açılılb, onların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı bildirilib. Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin dahi rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı ilə qazanılan Şanlı Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğu vurğulanıb.

Keçidlər