Nərimanov rayonunda 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Nərimanov rayon rəhbərliyi, Azərbaycan Respblikası Milli Məclisinin millət vəkili Rasim Musabəyli, Nərimanov Bələdiyyəsinin və Ağsaqqallar şurasının sədrləri, həmçinin şəhid ailələri, müharibə veteranları, qazilər və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Azərbaycanın ərazi bütövlüyüynün müdafiəsinə qalxan və doğma Qarabağımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan oğullarımızın şücayətindən, vətənə olan sədaqətindən söz açaraq, onların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyib. O, qəhrəman oğullarımızın fədakarlığı və Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin dahi rəhbərliyi ilə qazanılan Qələbənin Azərbaycan şanlı tarixinə qızıl hərflərlə həkk olunduğunu vurğulayıb.
Tədbir Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rasim Musabəylinin, Respublikanın Xalq artisti Nürəddin Mehdixanlının və digər natiqlərin təsirli çıxışları ilə yadda qalıb.
Tədbirdən sonra şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub.