Nərimanov rayonunda daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşdırılması və ətraf mühitin qorunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
25 mart 2026 | 15:15
Nərimanov rayonunda daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşdırılması və ətraf mühitin qorunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Rayonun Z.Bünyadov prospektini əhatə edən hissəsində, prospekt boyunca yaşıllıq zolaqlarında müxtəlif aqrotexniki qulluq işləri aparılmış, 2000 kv.m sahədə qazon örtüyü yenilənmiş, müxtəlif dekorativ gül, ağac və kollardan ibarət kompozisiyalar yaradılmışdır. Həmişəyaşıl bitkilərin əkildiyi 50-ə qədər xüsusi hazırlanmış dibçəklər prospektin müxtəlif hissələrində yerləşdirilmişdir.








