Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib.

20 sentyabr 2023 | 17:34

Nərimanov Rayon İcra Hakimiyyətində “Heydər Əliyev İli“ çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib.

Tədbirdə elm xadimləri, ziyalılar, neftçilər və rayon ictimaiyətinin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçılarına “Əsrə bərabər gün – Əsrin müqaviləsi” adlı videofilm nümayiş olunub.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və digər natiqlər çıxış edərək, bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsinin və təməl daşının isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğu bildirilib.

“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu müqavilə Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri arasında əlaqələr yaratdı.  Ölkəmizin geosiyasi mövqeyi daha da möhkəmləndi. 

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətidir. Azərbaycan bu gün qlobal layihələrə imza atır. Respublikamız Avropa qitəsinin enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.

Keçidlər