Nərimanov rayonunda gənclərin mükafatlandırma tədbiri baş tutub.
Nərimanov rayonunda “Heydər Əliyev ili” çərçivəsində baş tutmuş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrin qaliblərinin mükafatlandırma tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, elm xadimləri, şagirdlər və gənclər iştirak etmişlər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısı Elgin Həbibullayev, Ümummilli Lider Heydər Əliyev həmişə gənclərə böyük diqqət və qayğı ilə yanaşdığını bildirib. O, qeyd edib ki, ölkə gənclərinin yüksək vətənpərvərlik ruhunda tərbiyəsinin nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi ilə minlərlə gəncimiz işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad etdi.
Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında, təhsil, idman, elm, mədəniyyət və digər sahələrdə fərqlənən bir qrup fəal gənc fəxri fərmanlarla təltif olundu.