Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

07 mart 2023 | 18:28

“Heydər Əliyev İli” çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı ilə birgə Bakının Nərimanov rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirib.

Aksiyada Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, RİHBA-nın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiyanın əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Keçidlər