Nərimanov rayonunda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətində 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyi, elm xadimləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafın istiqamətində həyata keçirdiyi əvəzolunmaz işlərdən və islahatlardan söz açıblar.
Bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin dövlət dili siyasəti çox uğurla davam etdirilir. Ölkə rəhbərinin Azərbaycan dilinin qorunması və hərtərəfli inkişafı istiqamətində atdığı addımlar Azərbaycan ziyalıları və ümumiyyətlə bütün xalqımız, tərəfindən minnətdarlıqla qarşılanır.
Tədbir iştirakçıları mövzu ilə bağlı müzakirələr aparıb, bir sıra təkliflər verilib.