Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsi keçirilib.

11 aprel 2025 | 16:21

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin Nərimanov rayon mərhələsi baş tutub.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Elmin İmanov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini və rayon üzrə referat müsabiqəsində qalib olan şagirdlər iştirak ediblər.

Tədbirdə müsabiqənin qaydaları və məqsədi haqqında məlumat verilərək, müsabiqənin keçirilməsində əsas məqsədin xalqımızın Ümumilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin gənclər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdən ibarət olduğu bildirilib.

Müsabiqədə şaqirdlərin referatları dinlənilib. Tədbir bədii hissə ilə yekunlaşıb.

Keçidlər