Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsi keçirilib.

08 aprel 2024 | 18:02

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda  referat yazı müsabiqəsinin Nərimanov rayon mərhələsi baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Elmin İmanov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini və rayon üzrə referat müsabiqəsində qalib olan şagirdlər iştirak ediblər.

Tədbirdə müsabiqənin qaydaları və məqsədi haqqında məlumat verilərək, müsabiqənin keçirilməsində əsas məqsədin xalqımızın Ümumilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin gənclər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdən ibarət olduğu bildirilib. 

Müsabiqədə 10 nəfər şagirdin referatı dinlənilib. Tədbir  bədii hissə ilə yekunlaşıb.

Keçidlər