Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

19 sentyabr 2024 | 15:45

Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki ərazidə ağacəkmə aksiyası keçirilib.

“IDEA” könüllülərinin iştirakı ilə baş tutan dəfəkiağacəkmə aksiyasında 200 ədəd Eldar şamı əkilib, ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedənərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

Keçidlər