Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda məskunlaşmış Xocalılarla görüş keçirilib.

24 fevral 2023 | 17:27

Dünya tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin növbəti ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində rayon ərazisində məskunlaşmış Xocalılarla görüş keçirilib. Görüşdə soyqırım qurbanlarının və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib  ki, Xocalı soyqırımı dünya tarixinin ən faciəli səhifələrindən biridir, Xocalı qurbanlarınının xatirəsinin anılması, soyqırım hadisəsinin beynəlxalq aləmdə tanıdılması çox mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyev, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çox mühüm və zəruri tədbirlər həyata keçirilir. İcra başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində  qazanılan böyük Zəfərlə düşməndən şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.

Tədbirdə Nərimanov rayon Ağsaqqalar şurasının sədri, Vətən müharibəsi qəhrəmanı, şəhid baş-leytenant Azad Hümbətovun atası Arif Hümbətov və soyqırımı qurbanlarının ailə üzvləri çıxış edərək bu faciənin dəhşətlərindən danışmış, onlara dövlət tərəfindən göstərilən diqqətə, qayğıya və yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər