Nərimanov rayonunda növbəti səyyar qəbul baş tutub.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev vətəndaşların problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Nərimanov rayonu 258 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar qəbul keçirib.
Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbulda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsində əldə olunan uğurlardan söz açaraq, həyata keçirilən işlərin Dövlətimizin möhkəmlənməsinə və hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib, onların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirilib.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.