Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Novruz bayramı coşqusu.

18 mart 2023 | 13:50

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Novruz bayramı təntənəli şəkildə qeyd edilib. Çoxsaylı rayon sakinlərinin iştirakı ilə keçirilən bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin dahi sərkərdəliyi və rəşadətli ordumuzun şücaəti nəticəsində Novruz bayramının artıq bir neçə ildir ki, Azərbaycanda böyük ruh yüksəkliyi ilə qeyd olunduğu, bayram tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda alovlandırıldığı bildirib.

Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Keçidlər