Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Ramazan bayramı ərəfəsində iftar süfrəsi təşkil olunub.

19 aprel 2023 | 09:38

Nərimanov rayonunda Ramazan ayı münasibətilə rayon rəhbərliyinin, Millət vəkillərinin, rayon ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, Şəhid ailələrinin və qazilərin iştirakı ilə iftar süfrəsi təşkil edilmişdir.

Mərasimdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Elgin Həbibullayev  bildirib ki, artıq üçüncü ildir ki, ölkəmiz Ramazan ayını  Qalib, məğrur, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıb, ədalət bərqərar olub. İcra başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.

Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər