Nərimanov rayonunda RİH başçısının sakinlərlə səyyar qəbul-görüşü baş tutub.
Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev tərəfindən sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüşdə sakinlər abadlıq işlərinin aparılması, yeni işıq dirəklərinin quraşdırılması, su və kanalizasiya xətlərinin təmir olunması, işlə təmin olunma və digər sosial problemlərlə bağlı müraciətlər etmişlər. RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.