Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda sakinlər üçün açıq hava şənlikləri təşkil olunur.

16 avqust 2026 | 14:16

Rayon sakinlərinin sevimli istirahət yerlərindən olan “Gənclik” metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında açıq hava da sakinlər üçün əyləncəli, musiqili proqramlar keçirilib.

Müxtəlif musiqi janrlarını əhatə edən proqram gecə boyu tədbir iştitakçılarına xoş əhval-ruhiyyə bəxş edib. Sakinlər, xüsusilə şənlikdə iştirak edən müxtəlif yaş qruplarına aid uşaqlar, gənclər xoş musiqilərin sədaları altında rəqs ediblər.

Sakinlərin asudə vaxtının daha mənalı və rəngarəng keçirilməsi üçün təşkil olunan şənliklərin yay mövsümü boyunca davam etdirilməsi nəzərdə tutulub.

 

Keçidlər