Nərimanov rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonu, Ağa Nemətulla 49Q küçəsində sakinlərlə görüşüb. Görüşdə RİHBA-nın məsul əməkdaşları, Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərinin və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Görüşdə çıxış edən icra başçısı 15 iyun – Milli Qurtuluş Günü münasibətilə sakinləri təbrik edərək, Milli Qurtuluş Günün əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı böyük xidmətlərindən və Möhtərəm Prezident cənab İlham Əliyevin dahi rəhbərliyi, böyük cəsarəti və əzmkarlığı sayəsində əldə olunan tarixi nailiyyətlərdən və böyük zəfərdən söz açıb.
Daha sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib, onların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirilib.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb. Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədilə yerlərdə təşkil olunan səyyar qəbullara görə ölkə rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.