Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib.

19 aprel 2023 | 17:55

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 212 nömrəli tam orta məktəbdə sakinlərin müraciətlərini dinləyib. Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Qəbulda çıxış edən İcra hakimiyyətinin başçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsində əldə olunan uğurlardan söz açıb.

Daha sonra sakinlər fərdi qaydada dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür. 

Görüşdə iştirak edən sakinlər  müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər