Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib.

20 dekabr 2023 | 16:44

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev rayon sakinləri ilə növbəti səyyar görüş keçirib.

Sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə icra başçısı ilə yanaşı rayonunun təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri sakinlərin müraciət və təkliflərini dinləyiblər.

Görüş zamanı bəzi müraciətlər yerində həll edilib, sakinlərin digər müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib, bütün müraciət və təkliflər nəzarətə götürülüb.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər