Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib.

22 sentyabr 2022 | 15:00

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonu Ağa Nemətulla 49 Q küçəsində sakinlərlə görüşüb. Görüşdə RİHBA-nın  məsul şəxsləri, Sahə İnzibati Ərazi  Dairəsi üzrə Nümayəndəliklərinin və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Görüşdə çıxış edən icra başçısı bildirib ki, bir neçə gün öncə sərhəddə baş verən erməni təxribatının qarşısı qəhrəman ordumuz tərəfindən qətiyyətlə alınıb. Düşmənə sarsıdıcı zərbələr endirilib. RİH başçısı bildirib ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan güclü bir dövlətə çevrilib, bu gün Azərbaycanın dahi rəhbəri, güclü ordusu və Müzəffər Ali Baş Komandan ətrafında yumruq kimi birləşən qüdrətli xalqı var.

Daha sonra qəbula gələn vətəndaşlar fərdi qaydada  dinlənilib, onların səsləndirdikləri problemlərin qısa müddətdə  həll olunması istiqamətində tədbirlər müəyyənləşdirilib. 

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.  Qəbulda iştirak edən sakinlər  onların qayğılarının öyrənilməsi,  problemlərinin həll edilməsi məqsədilə yerlərdə təşkil olunan səyyar qəbullara görə ölkə rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər