Nərimanov rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib.
Vətəndaşların problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 200 saylı Məktəb Lisey Kompleksində sakinlərlə növbəti səyyar qəbul keçirib. Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Qarabağ ərazisində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən və uğurla başa çatan lokal xarakterli antiterror əməliyyatlarından söz açaraq, qəbulda iştirak edən sakinləri Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam təmin olunması münasibəti ilə təbrik etmişdir. Eləcə də, bu zəfərin, uğur və naliyyətlərin kökündə Möhtərəm Prezident cənab İlham Əliyev fenomeninin dayandığını vurğulamışdır.
Daha sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib, onlar tərəfindən edilən müraciətlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və qaldırılan məsələlər nəzarətə götürülmüşdür.
Sonda görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.