Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda sakinlərlə növbəti səyyar qəbul görüşü baş tutub.

04 sentyabr 2025 | 17:17

 

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə rayon ərazisində yerləşən 200 saylı Məktəb Lisey Kompleksində səyyar qəbul keçirib.

İcra başçısı səyyar qəbulda əhalini narahat edən problemləri, sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər