Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda sakinlərlə səyyar görüş keçirilib

22 iyun 2022 | 09:13

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə Nərimanov rayonu S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında səyyar qəbul keçirib. Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli  məqsədilə keçirilən görüşdə rayon rəhbərliyi, RİHBA-nın  məsul şəxsləri, Sahə İnzibati Ərazi  Dairəsi üzrə nümayəndəliklərin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirakı ediblər.

Qəbulda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yaxın günlərdə paytaxt Bakı şəhərində Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 50-dən çox dövlətin nümayəndələrinin iştirakı ilə baş tutan IX Qlobal Bakı Forumundan söz açaraq bu cür mötəbər tədbirlərin ölkəmizdə keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu olduğunu bildirib.

Daha sonra sakinlərin müraciət, təklif və şikayətləri fərdi qaydada dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər