Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda sakinlərlə səyyar görüş keçirilib.

05 aprel 2023 | 17:00

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 202 nömrəli tam orta məktəbdə sakinlərin müraciətlərini dinləyib. Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Qəbulda sakinlər fərdi qaydada dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.

Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər