Nərimanov rayonunda sakinlərlə səyyar görüş keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin 57 saylı tam orta məktəbdə sakinlərlə səyyar qəbul-görüşü baş tutub. Görüşdə RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Elgin Həbibullayev Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial sahəyə ayrılan böyük diqqətdən, həyata keçirilən islahatlardan söz açaraq, bir müddət öncə ölkə başçısının tapşırıqlarına uyğun olaraq 1-ci qarabağ müharibəsində xəsarət almış 11 minə yaxın müharibə əlilinə dövlət tərəfindən birdəfəlik ödəmələr edildiyi barədə sakinlərə məlumat vermişdir.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, ümumi istifadədə olan yerlərin abadlaşdırılması, dam örtüklərinin təmir olunması, işlə təmin olunma və digər sosial problemlərlə bağlı müraciətlər etmişlər.
RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.