Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda sakinlərlə səyyar görüş keçirilib.

19 noyabr 2025 | 17:03

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonunda yerləşən 193 saylı məktəbdə sakinlərlə səyyar görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon bələdiyyəsinin sədri, RİHBA-nın məsul əməkdaşları və ərazi icra nümayəndələri iştirak ediblər.

Qəbulda sakinlər fərdi qaydada dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər