Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda sakinlərlə səyyar görüş keçirilib.

25 dekabr 2023 | 17:00

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı dekabr ayının 25-də 212 saylı tam orta məktəbdə səyyar qəbul keçirib. Qəbulda rayon sakinləri ilə yanaşı RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Qəbulda çıxış edən Nərimnov Rayon İcra Hakimiyyətinin başçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsində əldə olunan uğurlardan söz açaraq, həyata keçirilən işlərin hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib, onların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirilib.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər