Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda şəhid ailələri və qazilərlə görüş.

18 mart 2023 | 12:17

Nərimanov rayonunda Novruz bayramı münasibətilə rayon rəhbərliyi və ziyalıların iştirakı ilə şəhid ailələri və qazilərlə görüş keçirilib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, artıq üçüncü ildir ki, xalqımız Novruz bayramını qalib, məğrur bir xalq olaraq qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıb, ədalət bərqərar olub. İcra başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda övladlarını itirən şəhid ailələrinə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.

Görüşdə Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və  Nərimanov Ağsaqqallar şurasının sədri, Vətən müharibəsi qəhrəmanı, Şəhid Azad Hümbətovun atası Arif Hümbətovda çıxış edib. Hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı və xanəndə, Azərbaycanın əməkdar artisti Təyyar Bayramov da bütün şəhid ailələrini və qaziləri bayram münasibətilə təbrik edərək, tanınan və sevilən ifaları ilə məclisə xüsusi rəng qatıblar.  Məclisdə iştirak edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Keçidlər