Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda səyyar görüşlər davam edir.

22 fevral 2023 | 17:29

Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə rayon ərazisində yerləşən 57 saylı orta məktəbdə səyyar qəbul keçirib.

İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllədaxili yolların təmiri, bəzi yerlərdə kanalizasiya xəttindəki nasazlığın aradan qaldırılması, küçələrin işıqlandırılması, işlə təmin olunma və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər  müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər