Nərimanov rayonunda səyyar qəbul.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı mart ayının 07-də 45 saylı orta məktəbdə rayon sakinləri ilə səyyar qəbul keçirib.
Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbulda dinlənilən sakinlər qəzalı binalarla bağlı tədbirlərin görülməsi, küçənin işıqlandırılması, dam örtüyünün və səkinin təmiri, mənzil növbəsinə alınma, kanalizasiya xəttinin təmiri, ağacın budanması ilə bağlı məsələlər barədə müraciətlər etdilər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verildi.
Qəbulda çıxış edən Rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayev Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində əldə olunan uğurlardan danışdı.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı rayon ərazisində aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.